ImgWonders
  1. Homepage
  2. imam

#imam hashtag

Posts attached with hashtag: #imam

bobypatriatama (@bobby_patriatama) Instagram Profile Photo
bobby_patriatama

bobypatriatama

Ruhun çıxarılmasının necəliyi «Me`rac» hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir. #imam

Bilməliyik ki, ruhun bədənlə əlaqəsi ona daxil olmaq cəhətindən deyildir. Çünki ruh mücərrəd bir şeydir, cisim deyildir. Onun daxil olub, xaric olması kimi bir şey yoxdur. Bu əlaqə yalnız bədənə tam nəzarətdən ibarətdir. Ölüm yə`ni həmin əlaqənin bədəndən qırılması. İnanmağımız vacibdir ki, ölüm Allahın izni, icazəsiylədir. Yalnız ana bətnindən son günədək ruhu bədənlə əlaqələndirən Kəs bu əlaqəni qıra bilər. Dirildən də Odur, öldürən də. Bu həqiqət, Qur`ani-Kərimdə çox zikr olunmuşdur. Bə`zi nadanlar isə Əzraili (ölüm mələyini) xoşlamır, onu düşmən tuturlar. Amma bilmirlər ki, o, özbaşına iş görmür, yalnız Allahın əmrlərini icra edir. #imam

Whatsapp  0505707972. (@fincanlar_hediyyelik) Instagram Profile Photo
fincanlar_hediyyelik

Whatsapp 0505707972.

ZULFUQARDAN bawqa QILINC,ELIDEN bawqa IGIDI OLMAYIB. Sifariwle hazirlanir #imam#imam

Ölümün həqiqəti-ruhun bədənlə əlaqəsinin qırılmasıdır. Ruhun bədənlə əlaqəsini çox şeyə oxşatmışlar. Bə`ziləri bu əlaqəni gəmi və gəminin sükançısının əlaqəsi ilə müqayisə etmişlər ki, ölüm gəmini gəmiçinin ixtiyarından çıxarır. Deyirik, «mənim ayağım», «mənim əlim», «mənim gözlərim.» Amma əsl «mən» ayaq deyil, əl deyil, göz deyil, qulaq deyil. (Yə`ni, insan ayağını, əlini itirməklə «mən`i itməz – red.) «Getdim» deyəndə, düzdür ki, sən gedirsən, amma ayağınla gedirsən. «Sən» ayaqdan qeyri bir şeysən. Gördüm, eşitdim, dedim, hər biri vahid şəxsə qayıdır. Bu şəxs şərif ruhdur ki, həmin üzvlərlə zühur edir. Görən, eşidən ruhdur. Amma görəsən qulaq və gözdən eşidib görürmü? Deməli görən ruhdur. Göz, qulaq isə yalnız ruhun görüb, eşitməsi üçün çatlardır. Deməli, göz yalnız ruhun görmə alətidir, ruh isə görəndir. Ruh cismin, bədənin zülmətini işıqlandıran çıraq kimidir və göz, qulaq və digər hiss üzvlərinin məcrasından işıqlıq verir. Ölüm, yə`ni bu çırağın yerini dəyişmək. Məsələn, fərz edin bir neçə deşiyi olan daxmaya çıraq daxil edirik. Görəcəyik ki, həmin dəliklərdən işıq verir. Elə ki, çırağı daxmadan çıxartdıq, zülmətə bürünür. Ölüm, yə`ni bədəndən həmin çırağın (ruhun) çıxarılması. #imam

English Turkish